top
Astaranın Divəkə (və ya Əlişa) qalasında arxeoloji qazıntı işlərinə başlanılıb
02 oktyabr 2023, 09:02
- ↺ +

Astaranın Divəkə (və ya Əlişa) qalasında arxeoloji qazıntı işlərinə başlanılıb

Astara rayonu ərazisində yerləşən Divəkə (və ya Əlişa) qalasında qazıntı işlərinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində APA-ya istinadən verir.

Qazıntılar zamanı Azərbaycan tarixinə dair yeni faktlar verəcək maddi-mədəni nümunələr – çoxlu sayda saxsı qab qalıqları, şirli və şirsiz qab qırıqları, fayans tipli qab qalıqları, eyni zamanda miniatür tipli saxsı qablar aşkarlanıb.

Abidədə xüsusi diqqəti çəkən şir başı təsvir olunan daş parçası olub. Daşın üzərinə diqqətlə baxdıqda şir təsvirinin daşın müxtəlif tərəflərində əks olunduğunu görmək mümkündür.

Qalanın qazıntı aparılan hissəsində qırmızı kərpicdən hörülən hissənin tağ formasında olduğu və su axını üçün yerin olduğu da müəyyən olunub. Burada qayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tüngləri görmək mümkündür. Qazıntı zamanı ərazinin daha çox orta əsrlər dövrünə aid olduğu bildirilib.

Aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəni nümunələr göstərib ki, memarlıq abidəsi Təbriz memarlıq məktəbinin ən böyük nümunələrindəndir. Hansı ki XIII əsrdən etibarən Azərbaycan mədəni mərkəzlərinin biri Təbriz olduğundan məhz Elxanilər dövründən başlayır.

Abidənin cənuba doğru istiqamətində tikinti qalığı da mövcuddur ki, həmin tikinti qalığı yaşayış yerinə bənzəyir. İnstitut əməkdaşları yaxın zamanda həmin tikinti qalığında qazıntı işlərinə başlayacaqlar. Ehtimal olunur ki, tikinti ərazisindən tapılacaq materiallar Azərbaycan tarixinə dair yeni faktlar, daha dəqiq məlumatlar verəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Bu gün, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Bu gün, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Oxşar xəbərlər