Astara rayonunun Kələdəhnə yaşayış massivi ərazisi zibil poliqonuna çevrilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.
Belə ki, yaşayış massivinin ərazisində zibil qutuları olmadığından sakinlər məişət tullantılarını dənizkənarı əraziyə və su axım kollektoruna tullayırlar. Həmçinin tullantı qalıqları itlərin toplaşmasına şərait yaradır və uşaqların məktəbə getməsinə maneə törədir.
Yerli əhali problemin tez bir zamanda həll olunacağına ümid edir.