top
Astaralı tarixçi və şərqşünas alim Ziya Bünyadovun xatirəsi anılır
21 fevral 2025, 01:45
- ↺ +

Astaralı tarixçi və şərqşünas alim Ziya Bünyadovun xatirəsi anılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.

Akademik Ziya Bünyadov 1997-ci il fevralın 21-də “Hizbullah” terror təşkilatının üzvləri tərəfindən öz evinin qarşısında qətlə yetirilib.
Dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər və Bünyadovun həyatına son qoymaq qərarına gəliblər. Yığıncaqda onun İslam tarixinin tərcüməsində, guya, kobud səhvlərə yol verdiyi bildirilib.

1997-ci ilin yanvar-fevral aylarında bir neçə nəfər Bünyadovun yaşadığı evin yerləşdiyi ərazini öyrənib. Onlar fevralın 21-də iki qrupa ayrılıblar. Silahlanmış dəstə üzvlərindən bir neçə nəfər Bünyadovun evə qayıtma vaxtını 2-ci qrupa məlumat verib. Dəstə üzvləri Ziyanın yaşadığı binanın yanında onu gözləyiblər.

1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Nizami Nağıyev Bünyadovun arxa tərəfinə keçərək ona 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev gələrək, “Makarov” markalı tapança ilə Ziyanın üzünün sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Hər iki şəxs hadisə yerindən qaçıb.
1997-ci il martın 24-də qətldə əli olan bir neçə şəxs gizli yolla İrana keçiblər. Lakin 2000-ci ildə onlar məhkəmədə azadlıqdan məhrum etmə cəzasını alıblar. 4 il davam edən məhkəmə nəticəsində onlardan 2 nəfər ömürlük, 5 nəfər isə 10-14 illik həbs olunublar.

Professor Qiyasəddin Qeybullayev məhkəmədə bildirib ki, ölümündən əvvəl onun Ziya ilə söhbəti olub. Bünyadov ona bildirib ki, İrana getmək üçün həmin ölkənin Bakıdakı səfirliyində olanda oranın əməkdaşları İran din xadimlərinin onu öldürmək istədikləri barədə məlumat veriblər. Bundan əvvəl isə akademik İranda olarkən naməlum səbəbdən avtomobil qəzasına düşsə də, sağ qalıb.

Ziya Bünyadova ölümündən 3 gün qabaq xəbər ediblər: “Deyirlər, səni öldürəcəklər”. O isə cavab olaraq deyib: “Məni öldürə bilərlər, amma fikirlərimi yox”. Bünyadov Birinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Oxşar xəbərlər