Bu gün Astaradan olan şəhid Kamran Cəlal oğlu Seyfullazadənin doğum günüdür.
Kamran Cəlal oğlu Seyfullazadə 1999-cu ildə yanvarın 14-ü Astarada doğulub. Orta təhsilini F.Əlyarov adına 6 nömrəli məktəbdə alıb. Vətən müharibəsində xüsusi təyinatlıların könüllüsü olub. 5 noyabr Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra K.Seyfullazadə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.