top
Astaralı oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı
03 fevral 2025, 05:00
- +

Astaralı oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı

Astara rayonunda 1996-cı il təvəllüdlü Elcan yetkinlik yaşına çatmayan Ceyranla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Teleqraf.com xəbər verir ki, Elcan dayısı qızı Ceyranı onun razılığı ilə 29 yanvar 2024-cü ildə evlənmək məqsədi ilə öz yaşadığı evinə aparıb.

Ertəsi gün cinsi əlaqədə olub və ər-arvad kimi yaşayıblar.

İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ceyran dayısı qızıdır, onu evinə apararkən 15 yaşı olduğunu bilib: “Dayımgillə eyni kənddə yaşayırıq. Ancaq evlərimiz bir-birinə o qədər də yaxın deyil. Dayımgilin ailəsi ilə münasibətimiz həmişə yaxşı olduğundan tez-tez onların evinə getmişəm.

Ceyranla təxminən 1 ildən artıq bir-birimizə qarşı sevgi münasibəti bəsləmişik. Əvvəlki müddətdə Ceyranı yalnız dayım qızı kimi görmüşəm, sevgi hisslərimiz olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ceyranla 2024-cü ilin yanvar ayının son günlərinədək mobil telefonla daim əlaqə saxlayıb: “Mən həm də balıqçılıq fəaliyyəti ilə məşğul olduğumdan dənizdən tutduğum balıqlardan arabir dayımgilə pay aparırdım.

Eyni zamanda dayım oğlu Rasim həbsxanada cəza çəkdiyindən, dayım Eldəniz təkbaşına işlədiyindən ona kömək məqsədilə onlara gedəndə Ceyranı görürdüm. Mənim Ceyranla münasibətlərim başlayan vaxtdan hər ikimizin ailə üzvlərimizin xəbəri olub.

Dayım anam Vahidəyə Ceyranın 18 yaşı tamam olan kimi evlənməyimizə razılıq verəcəyini demişdi. Ancaq anası Ceyranla evlənməyimizə qarşıydı. Hər dəfə Ceyranı başqa adamla evləndirəcəyini bildirirdi”.

Elcan qeyd edib ki, 2024-cü ilin yanvar ayında Ceyranın ana babası rəhmətə gedib: “Yas mərasimində Ceyranı gördüm. 29 yanvar 2024-cü ildə cümə axşamı mərasimində Ceyran məndən onu qaçırmağımı istədi. Mən bu fikrə tərəddüdlə yanaşdım, atamgillə məsləhətləşdikdən sonra xəbər verəcəyimi bildirdim. Mərasim yerindən çıxdım, yaşadığım evə gəldim. Atam sərxoş vəziyyətdəydi. Ona qız istədiyimi, lazım gəlsə onu qaçıracağımı bildirdim. Ancaq qızın kimliyini, yaşını demədim. Atam mənə xeyir-dua verdi, nə məsləhət bilirəmsə, onu da etməyimi dedi.

Dərhal evdən çıxıb Ceyranla əlaqə saxladım, bir azdan gələcəyimi dedim, məni gözləməyi tapşırdım. Ceyran evdə məni gözlədiyini söylədi. Mən yoldan keçən tanımadığım taksini saxladım, həmin taksiyə əyləşdim və Ceyrangilin evinin yanına çatanda onunla əlaqə saxlayaraq maşında gözlədiyimi bildirdim.

Ceyran paltar və əşyalarını çamadana yığaraq gəlib taksiyə əyləşdi və eyni kənddəki yaşadığımız evə getdik. Biz çatanda evdə yalnız atam vardı. O bizi gördükdə Ceyranın hələ azyaşlı olduğunu, bunu bilə-bilə niyə qaçırdığımı soruşdu. Atama bir-birimizi sevdiyimizi, evlənmək istədiyimizi bildirdim. Həm də Ceyranı qaçırmadığımı, özü mənimlə evlənmək üçün gəldiyini söylədim”.

Elcanın ifadəsinə görə, atası məsələni anasına bildirib: “Bakı şəhərində olan anam mənimlə mobil telefonla əlaqə saxladı. Ceyranı evlərinə aparmağımı, Astaraya gələn kimi el adəti ilə evləndirəcəyini bildirdi. Ceyran isə məndən evlərinə aparmamağımı xahiş etdi. Ona narahat olmamasını, onu heç yerə aparmayacağımı dedim.

Ceyranla həmin gecə eyni otaqda qaldıq. Ancaq aramızda cinsi əlaqə olmadı. Ertəsi gün dayım bizə gəldi, qızını evlərinə aparmaq istədi. Ceyran isə atasına evə qayıtmayacağını, mənimlə qalmaq istədiyini dedi. Həmin vaxt evdə olmadığıma görə axşam evə qayıtdıqda dayımın bizə gəlməyini öyrəndim.

Mən evə gələndə atam məni əsəbi halda sərt tənbeh etməyə başladı. Etdiyim hərəkətin yanlış olduğunu və qızı geri aparmağımı istədi. Daha sonra anam da evə gəldi, mübahisəni o davam etdirdi. Sonda aramızda mehribançılıq yarandı, evdə ailəvi şəkildə söhbətləşdikdən sonra gec olduğundan Ceyranla yatmaq üçün qaldığımız otağa keçdik. Biz otaqda ilk dəfə təbii yolla cinsi əlaqədə olduq, onun qızlıq pərdəsini pozdum.

Ertəsi gün Ceyranla cinsi əlaqədə olduğumuzu anama dedim. Anam əsəbiləşdi, mənə Ceyranı geri apararaq evə qoymalı olduğumuzu, daha sonra el adəti ilə elçi gedəcəyimizi dedi. Bu fikirlə razılaşsam da, Ceyran getmək istəmədiyindən onu apara bilmədim”.

Elcan qeyd edib ki, fevralın 2-də atası Ceyranı cümə axşamı mərasiminə aparmaq məqsədi ilə onlara gəlib: “Birlikdə Ceyranı evlərinə apardıq. Onu evə qoyub mən getdim.

Biz Ceyrangilin ailəsi ilə danışanda mərasimdən sonra onun evimizə gəlməsi ilə bağlı razılıq vardı. Ancaq Ceyran anasının mobil telefonunun vatsapında mənə ismarıc yazaraq ailəsinin geri gəlməsinə icazə vermədiyini bildirdi. Mən bunu anama dedim. O, Ceyranın anası Xatuna zəng etdi, aralarında danışığın belə olmadığını dedi.

Xatun yas mərasimini yola verdikdən sonra bu barədə danışacaqlarını bildirdi. Anam da razılaşdı. Ceyran evdə olan müddətdə anasının mobil telefonu ilə mənimlə əlaqə saxlayırdı”.

Elcanın sözlərinə görə, fevralın 15-də yas mərasiminə gedib, Ceyrana yeni mobil telefonu verib: “O mənim alıb bağışladığım mobil telefonu anası Xatuna göstərib. Xatun telefonu görəndə narazılıq edib, Ceyrana telefonu geri qaytarmalı olduğunu bildirib. Eyni sözü mənə də dedi. Artıq Ceyranın anasının razılıqları pozduğunu başa düşdüm.

Xatun bildirirdi ki, oğlu azadlığa çıxdıqdan sonra Ceyran mənimlə ailə quracaq. Mərasim bitdikdən sonra Ceyranı ailəsi yaşadıqları evə apardı”.

Elcan qeyd edib ki, fevralın 20-də Ceyranla əlaqə saxlayan zaman onu yaşadığı ata evindən götürməyini istəyib: “Ona gözlə dedim. Evdən çıxaraq yoldan keçən taksini saxlatdırdım, Ceyrangilin yaşadığı evin yaxınlığına sürdürdüm. Taksini evin yaxınlığında sakit bir yerdə dayandırdım. Ceyrana onu gözlədiyimi dedim. O da könüllü şəkildə paltarlarını yığışdırıb yanıma gəldi. Birlikdə yaşadığımız evə qayıtdıq.

Biz evdə olan zaman yaxınlıqda olan bacımgilə gedib-gəlirdik. Eyni zamanda ailə kimi mehribançılıqla həyatımıza davam edirdik. Mənimlə Ceyran bir otaqda qalırdıq. Həmin müddətdə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşam”.

Elcanın ifadəsinə görə, Ceyran 2024-cü ilin mart ayının əvvəllərində ürəkbulanmaları olduğundan həkim məsləhəti ilə test elətdiriblər və onun hamilə olduğunu biliblər: “Həm də Ceyran xəstələndiyindən ev şəratində müalicə alırdı.

Anam Vahidə ilə Xatun Ceyranı Astara Rayon Mərkəzi Xəstəxanasına apardılar. Müayinə nəticəsində həkim Ceyranın qızılca xəstəliyinə yoluxduğunu və hamilə olduğundan ginekologiya şöbəsində həkim nəzarəti altına müalicə almalı olduğunu bildirdi. Ona görə Ceyranı xəstəxanaya yerləşdirdilər.

Xəstəxanaya Ceyranı görməyə getməsəm də, daim onunla əlaqə saxlayırdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ceyrana heç bir psixi və ya fiziki zor tətbiq etməyib: “Öz razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olmuşam. Dayım qızı olduğundan onun 16 yaşının tamam olmadığını bilmişəm. Ceyran özü məndən xahiş etdi ki, evlənmək üçün onu yaşadığım evə gətirim.

İstər Ceyranı evə gətirəndə, istərsə də təbii yolla cinsi əlaqədə olanda heç bir məcburiyyət olmayıb. İlk dəfə cinsi əlaqədə olanda atam və anam da evdəydilər. Ceyranın razılığı əsasında qeyri-təbii yolla da cinsi əlaqədə də olmuşam. Ancaq dəqiq tarixini xatırlamıram. Törətdiyim əməldən peşman olmuşam. Ceyranla barışmışam, bir azyaşlı övladım var”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elcanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 5 ay 28 gün müddətinə şərti cəza alıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Dünən, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Dünən, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Dünən, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Dünən, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Dünən, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Oxşar xəbərlər