Astara rayonundan olan şagird riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Belə ki, rayonun S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin VIII sinif şagirdi İsmayılzadə Ramo Pifaqor Riyaziyyat Olimpiadasında 96.88 bal toplayaraq 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, olimpiada Beyin Olimpiada Mərkəzi tərəfindən təşkil edilib.