top
Astaradakı Əfsanənin “qara əfsanəsi”: Bu, sonuncudur?
29 oktyabr 2025, 03:21
- ↺ +

Astaradakı Əfsanənin “qara əfsanəsi”: Bu, sonuncudur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astarada faciə baş verib. Rayonun Dolu kəndindən olan 2008-ci il təvəllüdlü Əfsanə İmanova toy gecəsi dünyasını dəyişib. Məlum olub ki, 17 yaşlı yeniyetmə 7 aylıq hamilə imiş. Bəzi ilkin məlumatlara əsasən, o, uşağını toydan öncə itirib. Digər mənbələr iddia edir ki, Əfsanə özünü toy zamanı pis hiss edib. Onu xəstəxanaya çatdırıblar, müayinə zamanı isə dölün öldüyü aydınlaşıb. İstənilən halda, ailələrin tələm-tələsik toy etmələrinə səbəb məhz Əfsanənin hamiləliyi olub.

Ən dəhşətlisi budur ki, cəmiyyətimiz artıq bu cür xəbərlərə, bu cür faciələrə təəccüb etmir. 1-2 gün danışılacaq, müzakirə ediləcək – vəssalam. Gündəmi bir başqa məsələ zəbt edəcək. O qızcığazın bəd taleyi isə yaddaşlardan silinəcək. Ta növbəti analoji faciəyə qədər. Bəlkə onda kimsə 17 yaşlı nakam Əfsanəni xatırlasın. Belə, statistikanın bir parçası, ya da pis nümunə kimi. Vəssalam. Necə deyərlər, filmin sonu. Əslində isə, bu film belə bitməməlidir. Daha doğrusu, sonu belə olmamalıdır.
Əlbəttə, hüquq mühafizə orqanları Astaradakı faciəni araşdıracaq, hadisələrin əsl mahiyyəti üzə çıxacaq. Əminik ki, müqəssirlər də cəzalarını alacaq. Ancaq bu hadisənin Azərbaycanda sonuncu olacağına kim zəmanət verir? Zəmanət verən olsa da, etiraf edək – buna heç kim inanmayacaq. Çünki problemin kökləri çox dərindədir. Hər belə hadisənin öz xüsusiyyətləri, öz özəllikləri var. Amma onların hamısını birləşdirən bir amil də mövcuddur – valideyn laqeydliyi, valideyn səhlənkarlığı, valideynlərin üzərlərinə düşən valideyn funksiyalarını layiqincə yerinə yetirməməsi. Zənnimzcə, belə nakam həyat yaşayan qızların dünyaya gəlməsinin səbəbkarları daha ciddi cəzalara məruz qalmalı, onların cavabdeh qismində cəlb olunduqları məhkəmələr bütün media vasitələri ilə geniş işıqlandırılmalıdır. Artıq ictimai qınaq mərhələsini çoxdan geridə qoymuşuq. Real insanlar, real talelər məhv olur, daha nə qınaq? Əməli, sərt tədbirlər görülməlidir. Heç kim də mənəvi tənəzzül yaşayan cəmiyyətimizi bəhanə etməsin. Biveclər və şərəfsizlər həmişə olub və olacaq da, az ya çox. Kimsə fahişə, Kazanova, əyyaş, tüfeyli həyatı yaşamaq istəyirsə - canı cəhənnəmə! Yaşasın! Özü yaşasın, özünü məhv etsin. Amma əks cinslə heyvani instinktlərini, cuşa gələn ani ehtiraslarını yatırmaq məqsədi ilə əlaqəyə girib dünyaya uşaq gətirib onu bədbəxt etməsinlər! Əgər belə hal baş veribsə də, müvafiq dövlət qurumları bu tipləri zamanında müəyyən edərək valideynlik hüququndan məhrum etməli, məsum, gələcəyi qaranlıq olan tifillərin həyatını qurtarmalıdırlar. Yoxsa 17 yaşlı Əfsanə kimi hələ çox yeniyetmələr faciəvi əfsanə qəhrəmanlarına çevriləcəklər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər