Astara rayonunda “Sağlam həyatı seçirik, narkomaniyaya yox deyirik” və “Erkən nikahlar və onların fəsadları” mövzularında təlim təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 dekabr tarixində verir.
Seminar R.Mirzəyev adına Şahağacı kənd 1 saylı tam orta məktəbində keçirilib. Burada narkomaniya və erkən nikahların yaratdığı problemlər sıralanıb və sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsinin vacib olduğu qeyd edilib. Daha sonra “Gələcəyimizi birlikdə düşünək” mövzusunda videoçarx təqdim olunub.
Sonda məktəblilərin sualları cavablandırılıb.
Görüş Astara Rayon Polis Şöbəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Lənkaran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil sektoru və “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub.