Astara rayonunun Şiyəkəran kəndində torpaq sürüşməsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 sentyabr tarixində Report-a istinadən verir.
Təbiət hadisəsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub. Eləcə də çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol bağlanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıblar.
Sürüşmə davam etdiyinə görə, əraziyə yaxınlaşmaq qadağan olunub. Hazırda ağır texnikalar cəlb olunmaqla Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.