Astara Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Nəhmətov Vüsal Üzeyir oğlunun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Ziyarət zamanı muzeyin əməkdaşları şəhidin ev-muzeyi ilə tanış olublar.
Qeyd edək ki, Vüsal Nəhmətov 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də Füzulinin azad olunması uğrunda Daşaltı kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.