Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Əli Cəfərovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində verir.
Ziyarət zamanı mərkəzin əməkdaşları şəhidin ailə üzvləri və Gəncə şəhərindən olan şəhid Məşədi Araz Məmmədovun, Goranboy rayonundan olan şəhid İxtiyar İlqar oğlunun, Ağdam rayonundan olan şəhid Hassan Xalidin anaları ilə söhbət ediblər.
Sonra əməkdaşlar şəhidin ev-muzeyindəki əşyaları ilə tanış olublar.