Astara rayonunun Kijəbə qəsəbəsində yanğın olub.
Cenublu.az xəbər verir ki,100 m²-lik birmərtəbəli obyekt yanıb. Ona bitişik iki mərtəbəli tikilinin ikinci mərtəbəsindəki 68 m²-lik lambir tavan və yaxınlıqda dayanan "Mercedes" yük maşınının ön hissəsi də yanğından zərər görüb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.