top
Astarada müəllimi balta ilə qətlə yetirən şəxs cəzasının yüngülləşdirilməsini istəyir
04 dekabr 2024, 05:24
- +

Astarada müəllimi balta ilə qətlə yetirən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Astarada tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, hadisə  1 may 2023-cü il tarixdə Astara rayonu Şümrüd kəndində qeydə alınıb. Belə ki, rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama qeyd edilib ki, hadisə günü Aslan Astara rayonu Şümrüd kəndində yerləşən ailəsi ilə birgə yaşadığı Eynəliyə məxsus yaylaq sahəsində olub. O, Eynəli ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib. Mərhum isə onun arvadı ilə evdə tək qalıb. Eynəli bundan istifadə edərək təqsirləndirilən şəxsin arvadına sataşıb intim münasibətdə olmaq istəyib. Aslan meşədən qayıtdıqdan sonra həyat yoldaşı ona bu barədə bildirib. O, hiddətlənərək qisas almaq niiyətilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, sonra yaylaqdan çıxıb qohumunun obasına tərəf gedən mərhuma saat 16:21-də zəng edib, meşə ərazisində dərədə mal-qaranın ürkmək səslərinin gəlməsini eşitdiyini söyləyib. Eynəli Əzizov isə dərəyə tərəf gəlib, arvadına sataşdığı üçün onunla mübahisə edib. Bu zaman özü ilə əvvəlcədən götürdüyü balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib. Aslan Şüvünəliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, söyləyib ki, Eynəli Əzizovu onun arvadına sataşdığı üçün öldürüb.

Xatırladaq ki, Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib. O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.

Son xəbərlər

Kriminal
Dünən, 18:15

Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu

Bütün xəbərlər
Dünən, 17:33

Lənkəranda təmizlənən ərazi yenə zibilliyə çevrildi

Cəmiyyət
Dünən, 17:00

Qardaşı işə aparmadı, "102"yə şikayət etdi

Bütün xəbərlər
Dünən, 16:25

Bu il neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Bütün xəbərlər
Dünən, 15:50

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

Bütün xəbərlər
Dünən, 15:17

Təhsil tələbə kreditlərinə müraciət başladı

Kriminal
Dünən, 14:45

Arvadını evə gətirən sürücünün burnunu sındırdı

Bütün xəbərlər
Dünən, 14:11

Günvurma ilə bağlı müraciətlərin SAYI

Bütün xəbərlər
Dünən, 13:36

Sabah duman olacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Dünən, 13:00

Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü

Bütün xəbərlər
Dünən, 12:30

Ötən həftənin xronikası: 861 yanğına çıxış oldu, 7 nəfərin meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 11:55

Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

Bütün xəbərlər
Dünən, 11:25

Çay kənarında narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:53

Bir ay əvvəl itkin düşən kişinin meyiti çay kənarında tapıldı

Bütün xəbərlər
Dünən, 10:23

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:48

Kolleclərə ixtisas seçimi başlanıb

Bütün xəbərlər
Dünən, 09:19

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün xəbərlər
01 avqust 2026, 17:33

Cəlilabadda 5 min nəfər palçıq və toz içində yaşayır

Bütün xəbərlər
01 avqust 2026, 17:00

Cənub zonasının unikal yeməyi - Murqutuş

Bütün xəbərlər
01 avqust 2026, 16:20

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

Bütün xəbərlər
01 avqust 2026, 15:45

Azərbaycanda itkin düşən 7 nəfər tapılıb

Bütün xəbərlər
01 avqust 2026, 15:08

Masallıda zibil poliqonu yanır

Bütün xəbərlər
01 avqust 2026, 14:35

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 avqust 2026, 14:02

Qarpız niyə bahalaşıb? - Fermerlər səbəbləri açıqladı

Oxşar xəbərlər