Astara şəhərində “Fiziki aktivlik və sağlam həyat tərzi” adlı təlim baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 oktyabr tarixində verir.
Seminar 1 nömrəli tam orta məktəbdə keçirilib. Burada bədən tərbiyəsi və idman tədbirləri, açıq havada idman və təlim məşqləri, gənclərlə iş və idman sahəsində qazanılan nailiyyətlər barədə məlumat verilib. Sonda “Fiziki aktivlik və sağlam həyat tərzi” mövzusunda videoçarx təqdim edilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru və Astara rayon Təhsil sektoru ilə birgə həyata keçirilib.
