Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyev və uşaqlara diqqət” adlı rəsm müsabiqəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Müsabiqədə kitabxananın fəal oxucuları iştirak ediblər. İştirakçıların çəkdikləri rəsmlər müsabiqənin münsifləri – rəssam Ruqəyya Rəşidzadə və kitabxananın tərtibatçı rəssamı Aysel Əlizadə tərəfindən qiymətləndirilib.
Yekun nəticələrə görə, Zərifə Həsənova, Aysel Quluzadə I, Sevginur Kərimli, Nigar Əliyeva II, Zəhra Qurbanzadə isə III yerə layiq görülüblər.
Sonra qaliblərə fəxri fərmanlar təqdim olunub.