Astara Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində verir.
Tədbirdə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. İlk növbədə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Heydər Əliyevin zəngin həyatı haqqında iştirakçılara məlumat verilib.
Yekunda şagirdlərlə fikir mübadiləsi aparılıb.