Astara Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə rayonun həvəskar rəssamları Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin şəxsi emalatxanasını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 dekabr tarixində verir.
Ziyarət zamanı Firudin Quliyev tərəfindən həvəskar rəssamlara mənzərə janrında ustad dərsi keçirilib.
Qeyd edək ki, ziyarətin təşkil edilməsində məqsəd yeniyetmə və gənclərin rəssamlığa maraqlarının artırılmasıdır.