Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” idman tədbiri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində verir.
Tədbirin məqsədi yeniyetmə və gənclər arasında idmana, o cümlədən futbola marağın artırılması və sağlam həyat tərzinin təbliği olub.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.