top
Astarada feyxoa yığımına start verilib
01 noyabr 2023, 01:20
- +

Astarada feyxoa yığımına start verilib

Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Azərtac-a istinadən verir.

Feyxoa yığımı, əsasən, şəxsi təsərrüfatlarda aparılır.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, rayonda mövcud olan 871,7 hektar feyxoa bağlarından 591,3 hektarı bar verən sahələrdir. Ötən il feyxoa bağlarından 7581,2 tona yaxın məhsul yığılıb.

Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün hava şəraiti əlverişli olmadığından bu il məhsuldarlıq keçən ilə nisbətən daha aşağıdır. Amma buna baxmayaraq, feyxoanın qiyməti münasibdir. Hazırda fermerlər feyxoanın bir kiloqramını 1-1,50 manata yığım məntəqələrinə təhvil verirlər.

Təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satışa çıxarırlar. Məhsul yığımı isə noyabrın ortalarına qədər davam edəcək.

Qeyd edək ki, feyxoa bitkisini becərmək o qədər də ağır zəhmət tələb etmədiyindən Astarada bu meyvə ağacının əkininə maraq artıb. Onu, hətta digər sitrus bitkiləri üçün yararlı olmayan torpaq sahələrində də əkmək mümkündür. Ən əsası isə feyxoanı digər sitrus bitkiləri kimi şaxtadan qorumaq lazım gəlmir, yalnız qarlı havalarda örtüklə bürümək kifayətdir ki, qarın ağırlığı məhsuldar budaqları sındırmasın.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 17:27

Lənkəranda açıq sahədə yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 16:49

Rayonlarda qeyri-sabit hava avqustun 17-dək davam edəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:16

Bölgələrdə külək güclənəcək

Bütün xəbərlər
Dünən, 15:45

Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək

Bütün xəbərlər
Dünən, 15:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:35

Bu ilin ilk 7 ayında neçə nəfərə əlillik təyin edilib?

Bütün xəbərlər
Dünən, 14:00

Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb

Bütün xəbərlər
Dünən, 13:25

Cəlilabadın 35 kəndində işıqlar kəsilib

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycan əhalisinin içki və tütün məmulatları xərci artıb

Kriminal
Dünən, 12:15

Lənkəranlı kişi onu söyən arvadına yumruq vurdu, məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 11:40

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Kriminal
Dünən, 11:06

Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:35

Tarixin ən isti avqustu olacaq

Bütün xəbərlər
Dünən, 10:02

BDYPİ piyadalara müraciət edir: Təhlükəsizliyiniz öz diqqətinizdən başlayır

Kriminal
Dünən, 09:33

İmişlidə yanğın törədən şəxs saxlanılıb

Kriminal
Dünən, 09:00

Cəlilabadlı boşanmaq istəyən arvadını döydü, həbs edildi

Bütün xəbərlər
12 avqust 2026, 17:49

MÜTDA iddialara cavab verdi

Cəmiyyət
12 avqust 2026, 17:02

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Bütün xəbərlər
12 avqust 2026, 16:05

MİQ-də növbəti vakansiya seçiminə start verildi

Bütün xəbərlər
12 avqust 2026, 15:08

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Faydalı
12 avqust 2026, 14:35

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Kriminal
12 avqust 2026, 14:01

Lənkəranda meşədə iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb

Bütün xəbərlər
12 avqust 2026, 13:09

Mənzil bazarında qiymətlər bahalaşıb

Oxşar xəbərlər