Astarada balıq tutmaq istəyən kişi çayda boğularaq ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində ATV-yə istinadən verir.
Hadisə rayonun Ərçivan qəsəbəsində baş verib. Çaya balıq tutmağa gedən 82 yaşlı Baldadaş Cəfərov ehtiyatsızlıqdan suya yıxılıb və köməksiz vəziyyətdə qalaraq boğulub.
Onun cəsədi sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.