Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
DİN-in verdiyi məlumata görə, rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq edib. Daha sonra görüntüləri TikTok sosial şəbəkəsində yayıb.
Nəticədə sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
S.Quliyev 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs olunub.