top
Astarada ata araq almayan oğlunun burnunu qırdı
26 noyabr 2025, 04:20
- ↺ +

Astarada ata araq almayan oğlunun burnunu qırdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astarada ata spirtli içkiyə görə oğlunu döyüb.

Lent.аz məlumat verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb. 41 yaşlı İsmayıl Xudaverdiyev (ad və soyad şərtidir) yaşadıqları evdə baş verən mübahisə zamanı başı ilə oğlunun burnuna zərbə vurub. Nəticədə yeniyetmənin burnu əzilib və güclü qanaxma yaranıb. Faktla bağlı İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən şəxs ifadəsində bildirib ki, anası ilə birgə sitrus bağlarında fəhləlik edirlər. Atası isə işləmir, spirtli içki aludəçisidir və tez-tez evdə mübahisə yaradır:

“Həmişəki kimi axşam işdən evə qayıtdıq. Atam bizə siqaret və spirtli içki (araq) almağı tapşırmışdı. Siqaret alsaq da, spirtli içki almadıq ki, içib yenə dava salacaq. Atam niyə araq almadığımızı soruşanda dedim ki, mağazada içki yox idi. O, yalan danışdığımı və qəsdən almadığımızı deyib bizdən pul istədi. Özümüzə pul lazım olduğu üçün ona vermək istəmirdik. Buna görə atam mənimlə dalaşdı və dava zamanı başı ilə sifətimə zərbə vurdu. Burnumdan qan axırdı. Qan kəsmədiyi üçün gecə taksi ilə xəstəxanaya getdim”.

O, həmçinin atası ilə barışmadığını və islah olunması üçün bir müddət həbsdə yatmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu bildirib.

Astara rayon Məhkəməsinin qərarı ilə İsmayıl Xudaverdiyev barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər