Astara rayonunun Pəlikəş kəndi ərazisində qətl hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, 40 yaşlı Burxan Ayətulla oğlu Vahabov ov tüfəngi ilə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, 18 yaşlı Pərviz Habil oğlu Əhmədov könüllü polisə təslim olub.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.