Astarada ötən gecədən axtarılan yeniyetmənin meyiti tapılıb.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü N.H. ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan N. bu gün evin həyətində asılmış vəziyyətdə tapılıb.
Yaxınlarının məlumatına görə, onun intihar etməsinin səbəbi məlum deyil.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.