Astara rayonu Səncərədi kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səncərədi kənd sakini S.Haqverdiyevdən qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.