Astara sakini paytaxt ərazisində avtomobildə quldurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 sentyabr tarixində verir.
Belə ki, paytaxtın Yasamal rayonu ərazisində Bakı şəhər sakini İ.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobilində pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Cəlilov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.