Astara Rayon Prokurorluğunda “Heydər Əliyev İli” ilə əlaqədar “Açıq qapı günü” baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Report.az-a istinadən verir.
Tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Onlar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Daha sonra iştirakçılara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş edilib.
Həmçinin kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti barədə məlumat verilib.