Astara Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində Report.az-a istinadən verir.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis kapitanı Orxan Novruzov Astara RPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, bu təyinata qədər Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.