Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Report.az-a istinadən verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata əsasən, araşdırma zamanı brakonyerin Astara şəhər sakini Rəfail Ağayev olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.