Astara Pedaqoji Kollecində Anım Günü münasibətilə tədbir baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində verir.
Tədbiri giriş sözü ilə kollecin direktoru Ağababa İbrahimov açaraq qeyd edib ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Sonra kollecin şöbə müdiri şəhid mayor Kamran Fərəcovun yoldaşı Nuranə Fərəcova, kollecdə tütor vəzifəsində çalışan Birinci Qarabağ müharibəsinin şəhidi Azər Əsədullayevin qızı Azərin Əsədullayeva çıxış ediblər. Tələbələrin ifasında şeirlər səslənib, sonda videoçarx izlənilib.