top
Astara Mərkəzi Kitabxanasında işçilər arasında dava olub
19 sentyabr 2023, 00:58
- ↺ +

Astara Mərkəzi Kitabxanasında işçilər arasında dava olub

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 sentyabr tarixində Qafqazinfo-ya istinadən verir.

Kitabxanada mütəxəssis vəzifəsində çalışan 49 yaşlı M.Məmmədova (soyadlar şərtidir) şöbə müdiri R.Babayevanın otağına daxil olaraq onu təhqir edib. Dava-dalaşı kitabxananın digər işçiləri yatırıblar. Bundan sonra R.Babayeva polisə müraciət edib.

Polis tərəfindən saxlanılan M.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Astara Rayon Məhkəməsində keçirilən iclasda şöbə müdiri M.Məmmədovanın onu əsassız yerə söydüyünü bildirib:

“Saat 11:45 radələrində M.Məmmədova Mərkəzi Kitabxanadakı iş otağıma hücum edib, heç bir əsas olmadan məni təhqir edərək söyüşlər söyüb. İş yoldaşlarımız daha sonra bizi sakitləşdirdilər”.

Barəsində protokol tərtib edilən kitabxana əməkdaşı isə şöbə müdirinin onun haqqında xoşagəlməz şayiələr yaydığını iddia edib:

“R.Babayeva barəmdə yalan məlumat yaydığına görə onun otağında mübahisə etdik. Bərk əsəbiləşdiyimə görə onun ünvanına nalayiq ifadələr işlətmişəm. Hazırda əməlimdən peşmanam”.

Məhkəmə 49 yaşlı M.Məmmədovanın 70 manat məbləğində cərimə edilməsi və dərhal sərbəst buraxılması barədə qərar qəbul edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər