Astara-Lənkəran yolunun Telman kəndinin yaxınlığında yerləşən ağac qəzalı vəziyyətdədir.
Bununla bağlı sakinlər Cenublu.az-a müraciət ediblər:
“Ağac neçə müddətdir əyilərək yolun üstünə aşmaq üzrədir. İşdir, aşsa, avtomobil qəzasına səbəb ola bilər. Xahiş edirik aidiyyəti qurumdan, problemi həll etsinlər”.