Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.
Cəlilabadda baş tutan görüşün məqsədi rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək olub.
Qəbul zamanı vətəndaşların, əsasən, qeyri-yaşayış obyektlərinin layihələndirilməsi ilə bağlı sualları cavablandırılıb, sakinlər tərəfindən qaldırılan digər müraciətlər qeydə alınıb və həlli üçün zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.