Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qəriblər kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll edib, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.