Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında sakinləri qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbula müxtəlif ərazilərdən ümumilikdə 35 nəfərə yaxın vətəndaş müraciət edib. Onların müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb. Yəkunda qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.