Masallının Xıl ərazisində sakinlərlə səyyar görüş-qəbul baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 dekabr tarixində verir.
Qəbulda Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev rayon rəhbəri ilə ötən görüş vaxtı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Daha sonra RİH-nin başçısı Araz Əhmədov vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.