Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Masallı ərazisində qida sahəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 sentyabr tarixində verir.
Belə ki, Masallı rayonu, Qəriblər kəndində yerləşən "Giləvar" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən olunub. Aşkar edilmiş nöqsanın aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.