Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunda monitorinq aparıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Yoxlama zamanı Qızılavar kəndində yerləşən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə obyektlərin sahiblərinə – Məsləhət Qəniyev, Bəhruz Mirzəyəv və Siruz Cəfərova inzibati protokol tərtib edilib.