Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yerləşən marketi cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.
Belə ki, rayonun Sütəmurdov kəndində fəaliyyət göstərən "Xəzər" marketində monitorinq aparılıb. Yoxlama zamanı məntəqənin obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən olunub. Nəticədə nöqsanın aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.