Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yerləşən ictimai iaşə məntəqələrində monitorinq aparıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, Separadi kəndində yerləşən “Panorama” restotanında, H.Əliyev prospekti, 30-da yerləşən "Xan Kababı" restoranında və Lənkəran şəhəri, Q.Xiyabani küçəsində fəaliyyət göstərən "Luxy" hotelində nöqsanlar aşkar olunub. Nəticədə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə həmin müəssisələr cərimələnib.