Qida Təhlükəsizliyi Agentliyinə Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsi barədə şikayət daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində verir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.