Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yerləşən marketə protokol tərtib ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.
Belə ki, Girdəni kəndində fəaliyyət göstərən “Dəmirağac” marketində yoxlama aparılıb. Nəticədə obyektə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu səbəblərindən icrası məcburi göstərişlər verilib.