Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yoxlama keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində verir.
Monitorinq zamanı Lənkəran şəhəri, H. Əliyev prospektində yerləşən "Mayak Hotel" restoranının qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışının olmaması məlum olunub. Aşkar edilmiş nöqsanın aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.