Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhərində fəaliyyət göstərən ticarət obyəktlərində monitorinq təşkil ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.
Belə ki, yoxlama zamanı şəhərin H.Əliyev prospektində və N.Nərimanov küçəsində yerləşən 4 mağazanın qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışının olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib. Nəticədə obyektlərin sahibləri (Sahibli Coşqun, Bayramov Natiq, Kərimov Fərid və Gənciyev Ayaz) cərimələniblər.