Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhidlərin 40 mərasimlərində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.
Belə ki, icra başçısı ilə birlikdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqallar, ziyalılar və sakinlər Masallı şəhəri, Xırmandalı, Ərəb, Sığıncaq kəndlərindən olan şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.