Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən, lokal antiterror əməliyyatları zamanı şəhid olmuş Masallıdan olan hərbi qulluqçularımız medal və ordenlərlə təltif olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
Şəhidlərimiz Mirzəyev Sənan Vüqar oğlu, Babayev Sahil Sarbala oğlu, Məmmədov Ramil Habil oğlu, Abbasov Mehdi Əmrah oğlu və Yusifli Şəmistan Şükran oğlu "3-cü dərəcəli Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunublar.