top
Ağadadaş Ağayevin həbsi tələb olundu - VİDEO
14 noyabr 2024, 05:59
- ↺ +

Ağadadaş Ağayevin həbsi tələb olundu - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xalq artistinin tərcümeyi-halı hakim tərəfindən səsləndirilib. O, hüquqlarını müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.

Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.

Ağadadaş Ağayev jurnalistlərin suallarına cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" deyib.

Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.

"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldir", - vəkil bildirib.

Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.

Müşavirədən sonra hakim vəsatəti təmin etməyib.

Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.

Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Oxşar xəbərlər