top
27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ — TƏFƏRRÜAT
21 dekabr 2024, 23:00
- +

27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ — TƏFƏRRÜAT

Lerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 may 2024-cü ildə Lerik rayonunun kəndində baş verib. Elbəy yaşadıqları evin həyətində həyat yoldaşı Almaz ilə aralarında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə edərək dalaşıb. 

Dalaşma zamanı həyat yoldaşı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Lerik rayonunun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır: 

“Zərərçəkmiş Almaz həyat yoldaşım, Lətafət isə qayınanamdır. 2019-cu ildə Almaz ilə ailə həyatı qurmuşam, birgə nikahdan 2 azyaşlı övladım var. Əvvəllər Almaz ilə aramızda ailədaxili münasibətlər zəminində mübahisələrimiz olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin aprel ayının ortalarında işləmək məqsədilə Bakı şəhərinə gedib, işdən evə gəlib: “Əvvəllər Almazın istifadəsində olan “Samsung A21” markalı mobil telefonu məndə olduğundan əsas səhifədə olan “Instagram” tətbiqinə daxil olub mesajlar bölməsinə baxdıqda Kamal ilə mesajlaşmasını, Almazın 2 ədəd öz fotoşəkilinin ona göndərilməsini gördüm. Dərhal anası Lətafətə zəng edərək telefonu Almaza verməsini və onunla danışmaq istədiyimi dedim. Almazdan Kamal ilə niyə danışmasını soruşdum. Almaz cavabında Kamal ilə sosial şəbəkədə danışmadığını, ümumiyyətlə sosial şəbəkə hesabının olmadığını dedi. Mən telefonu söndürdüm, təkrar “Instagram” sosial şəbəkəsində yazışmalarını “screen” edib vatsapda ona atdım. Almaz yenə də Kamalla danışmadığını dedi. Mən bu barədə daha sonra atam Şəmiyə dedim. Şəmi də zəng edərək Almazın atası Şamilə dedi. Mən bir gün sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan qayınatam Şamilin evinə getdim, ailəsinə Almazın etdiyi əməllər barədə məlumat verdim. Şamil də mənə “bu barədə araşdırıb, sənə məlumat verəcəm” dedi. 

Elbəyin ifadəsinə görə, qayınatası mayın 21-də Lerik rayonunun kəndinə gedərək Almazla birlikdə Lerik şəhərinə, daha sonra Bakı şəhərinə gedib, azyaşlı uşaqları isə evdə valideynləri ilə qalıb: “Mayın 24-də kəndə qayıtdım və ertəsi gün, saat 9 radələrində Lerik rayonunun kəndində yaşadığım evdə olarkən həyətdə səs-küy eşitdim. Həyətə düşdükdə Almaz ilə qaynanam Lətafəti gördüm. Almaz məndən uşaqları verməyimi tələb etdi, uşaqlar evdən çölə çıxdı. Almaz azyaşlı oğlumu qucağına götürdü. Bu zaman uşaq ağladı. Almazdan uşağı yerə qoymasını tələb etdim. Almazdan uşağı alaraq yerə qoydum. Anam uşaqları götürərək evə apardı. Mən Almaz və qayınanamdan həyətdən çıxmalarını tələb etdim. Bu vaxt anam və nənəm həyətə düşdü. Mən pilləkənin üstündə əyləşdim. Bu zaman anam ilə Almaz arasında mübahisə yarandı. Mübahisə zamanı onları uzaqlaşdıraraq həyətdən çıxartdım. Həmin an Almaz və Lətafət ilə anamla nənəm arasında mübahisə oldu. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldi. Azyaşlı uşaqlarım Almazgil ilə getdi. Həmin vaxt mən nə Almaza, nə də ki, qayınanama xəsarət yetirməmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Almazın sözlərinə görə, əvvəllər əri Elbəy ilə arasında ailədaxili münasibətlər zəminində bir neçə dəfə mübahisə olub: “Sonuncu dəfə 21 may 2024-cü ildə, səhər saatlarında Lerik rayonunun kəndində yaşadığım evdə olarkən Elbəy ilə aramızda telefon danışığı zamanı ailədaxili münasibətlər zəminində mübahisələrimiz oldu. Elbəy telefon danışığı zamanı mənə “kəndə gəlib səni öldürəcəm” dedi. Mən isə cavabımda heç bir fikir bildirmədim. Bu zaman telefonu əlimdən qaynanam aldı. Atama zəng edərək evdə mübahisə olmaması üçün məni  gələrək aparmasını tələb etdim. Atam həmin gün günortadan sonra kəndə gələrək məni Bakı şəhərinə apardı, azyaşlı uşaqlarım isə kənddə qaldı”. 

Zərərçəkmiş qeyd edib ki, mayın 25-də, səhər saatlarında anası Lətifə ilə birlikdə Lerik rayonunun kəndində həyat yoldaşı Elbəyin yaşadığı evə gedib və 2 azyaşlı uşağının ona verilməsini xahiş edib: “Azyaşlı uşaqları məni görüb yanıma gəldi. Həyat yoldaşım Elbəy bunu görərək uşaqları mənə verməyəcəyini bildirdi, üzərimə hücum çəkərək yumruq və təpiklə mənim alın, əl, bel və boyun nahiyələrimə zərbə vurması nəticəsində həmin nahiyələrdə mənə xəsarət yetirdi. Daha sonra anası üzərimə hücum edərək yumruq və təpiklə mənə xəsarət yetirdi. Ailə üzvləri Elbəyi bizdən ayırdı. Mən bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Elbəy barəsində tədbir görülməsini xahiş etdim. Mənə Elbəy yumruq və təpiklə xəsarət yetirdi. Elbəy məni  döydü”.

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy 20 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Dünən, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Dünən, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Dünən, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
21 sentyabr 2026, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
21 sentyabr 2026, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
21 sentyabr 2026, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
21 sentyabr 2026, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 sentyabr 2026, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
21 sentyabr 2026, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Oxşar xəbərlər