top
25 noyabr – Kəlbəcərin erməni işğalından azad edildiyi gündür
24 noyabr 2024, 13:01
- +

25 noyabr – Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Kəlbəcərin işğaldan azad olunmasının 4 ili tamam olur. 

Ermənistanın 2020-ci il sentyabrın 27-də başladığı hərbi təcavüzə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə yekunlaşıb. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji əhəmiyyətli yüksəklikləri düşmən işğalından azad edib.

Noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibədə məğlubiyyətini dərk edən Ermənistan təslim olmağa məcbur qalıb və kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı imzalayıblar. Sənədin 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanata görə, Kəlbəcər rayonu noyabrın 15-dək boşaldılmalı idi, lakin Ermənistan Rusiya vasitəsilə Azərbaycandan əlavə 10 gün möhlət istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək bu tələbi qəbul edib. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb və 27 illik işğala son qoyulub.

Bununla belə, həmin 10 günlük müddət ərzində ermənilər öz mənfi xislətlərini bir daha nümayiş etdiriblər. Kəlbəcərdən çıxmazdan əvvəl evləri, binaları və digər tikililəri talan edərək yandırıblar, ağacları qıraraq ekoloji terror törədiblər. Bununla yanaşı, onlar rayonu tərk etməzdən əvvəl Kəlbəcərin müxtəlif yerlərində, o cümlədən yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Nəticədə, 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Xatırladaq ki, üçtərəfli bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə görə isə dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir hərbi itki vermədən nail olub.

2020-ci il noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək televiziya vasitəsilə müraciət edib. Kəlbəcərin azad olunması şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin azad edilməsi əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən hərbçilər bu medalla təltif olunublar. Bundan əlavə, Prezidentin bu il imzaladığı sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri talan olunub, tarixi, mədəni və dini abidələr, eləcə də qəbiristanlıqlar tamamilə məhv edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Bu gün, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Bu gün, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Bu gün, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Bu gün, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Bu gün, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Bu gün, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Bu gün, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Bu gün, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Bu gün, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər