Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 dekabr tarixində verir.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.